Modern.az

Hava şəraiti pisləşəcək - XƏBƏRDARLIQ

Hava şəraiti pisləşəcək - XƏBƏRDARLIQ

4 Mart 2016, 13:23



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında  martın 6-7-də hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 6-sı gün ərzində, 7-si isə gecə və səhər şimal-qərb küləyinin güclənəcəyi, martın 6-da axşam, 7-də isə gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.  

Martın 6-sı qərb rayonlarından başlayaraq 8-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Martın 6-da qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək.

Modern.az

 

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?