Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

4 Mart 2016, 13:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam isə qıraq qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 5-də Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. Martın 06-da isə hava şəraitinin təzadlı dəyişməsi, güclü xəzri küləyi fonunda temperaturun enməsi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?