Modern.az

Azərbaycan Gürcüstana satılan qazı ucuzlaşdırdı

Azərbaycan Gürcüstana satılan qazı ucuzlaşdırdı

4 Mart 2016, 15:13



Martın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstan Respublikasına səfər edib. Səfər zamanı SOCAR prezidenti bir sıra mühüm görüşlər keçirib.

Əvvəlcə şirkətin törəmə müəssisəsi olan SOCAR Georgia Petroleum MMC-nin xidmət mərkəzinin Tbilisidə, Vakedə yerləşən baş ofisinə gedən Rövnəq Abdullayev burada yaradılmış şəraitlə tanış olub. SOCAR rəhbərinə məlumat verilib ki, hazırda Gürcüstan ərazisində MMC-nin 19 xidmət mərkəzi fəaliyyət göstərir, bunlardan 5-i Tbilisi şəhərində, 7-si şərqi, 7-si isə qərbi Gürcüstandadır. 2015-ci ildə xidmət mərkəzləri vasitəsilə 104 800 877 litr həcmində yanacağın pərakəndə satışı həyata keçirilib. Qeyd olunub ki, xidmət mərkəzlərinin müasir standartlara uyğun baş ofisi 2015-ci ildə istifadəyə verilib. Ofis müasir avadanlıqla təmin olunub, xüsusi dizayn edilib. Ötən il yanacağın satış səviyyəsinin artırılması məqsədi ilə SOCAR Georgia Petroleumun bütün sistemi, o cümlədən xidmət mərkəzləri şəbəkəsi üzrə struktur dəyişiklikləri aparılıb. SOCAR prezidenti servis mərkəzlərinin baş ofisində yaradılmış şəraitdən razı qaldığını bildirib.

Səfər çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunmuş, ikitərəfli əməkdaşlığın perespektivlərindən söhbət açılıb.

Daha sonra rəsmi sənədlərin imzalanma mərasimi keçirilib. Sənədləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəsmi şəxsləri, Gürcüstan tərəfindən isə Baş Nazirin muavini və enerqetika naziri Kaxa Kaladze, Gürcüstan Neft Qaz Korporasiyasının Baş direktoru David Tvalebeyişvili imzalayıb.

SOCAR Gürcüstan hökuməti ilə 463 milyon kubmetr həcmində əlavə təbii qaz tədarükləri barədə saziş imzalayıb. Müqavilədə SOCAR Gürcüstanda istehlakçılara təklif olunan qazın qiymətini aşağı salıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?