
Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmənin hakimi İslam Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar məsələyə baxılıb. O, ərizəsində tutduğu vəzifədən azad olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilməsinə baxılmasını xahiş edib.
Modern.az-ın məlumatına görə, İslam Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar məsələyə dair qərar verilib.
İ.Əliyev Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilib.
***
Milli Məclisin bu gün keçirilən iclasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müseyib Hüseynovun vəzifəsinin dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra M.Hüseynov Bakı Apelyasiya Məhkəməsinə hakim təyin edilib.
Modern.az