Modern.az

Polis rekord həcmdə narkotik aşkarladı - 1,2 ton

Polis rekord həcmdə narkotik aşkarladı - 1,2 ton

4 Mart 2016, 17:38



Hollandiyanın Rotterdam şəhərində polis orqanları ofis binalarının birində 1,2 ton həcmində narkotik vasitə aşkar edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, anonim zəngdən sonra ofisdə axtarışa başlayan polis 2 nəfər şübhəli şəxsi həbs edib.

Həbs olunanların sayının artacağı istisna olunmur.

Narkotikin həcmi qara bazarda 36 milyon avro dəyərində qiymətləndirilir.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?