Modern.az

”Özlərini cəbhəçi adlandıran məxluqların... ”- Fazil Mustafa

”Özlərini cəbhəçi adlandıran məxluqların... ”- Fazil Mustafa

4 Mart 2016, 23:49

 

“Bu uşaqları təlimatlandırıb mənə qarşı replika atdıranlara, yazı yazdıranlara həqiqətən yazığım gəlir. Bunlar hələ də anlamırlar ki, 17 il öncə olduğu kimi onlarla qəzetləri və köşə yazarları ilə bir məqaləmin qarşısında duruş gətirə bilmədikləri kimi, indi də duruş gətirə bilməzlər”. Modern.az saytı xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.

F.Mustafanın sözlərinə görə, indi rəhbərlik etdiyi partiyanın marağına uyğun addımlar atır: “Mən AXCP-nin üzvü olmuşam, öz partiyamın maraqlarını heç vaxt hakimiyyətə satmamışam. İndi Böyük Quruluş partiyasının başqanıyam və partiyamızın maraqları nəyi tələb edirsə onu da edirəm və məni iqtidarın maraqları qətiyyən maraqlandırmır. Bu gün partiyamızın qərarı və marağı tələb edir ki, parlamentdə təmsil olunum və bu tribunadan xalqımın mənafeyi üçün istifadə edim, bunu da etməyə çalışıram. Çox yaxşı bilirsiniz ki, istənilən demokratik seçkidə, istənilən debatda ən bərk gedəninizin dizini yerə qoymağa Allahın köməyi ilə gücüm və iradəm çatar. Ancaq şərəfdən, xəyanətdən danışan özlərini cəbhəçi adlandıran məxluqların qarşısına konkret sual qoyuram ki, bu gün dürüstlüyünü gözə soxduğunuz liderləriniz cəbhəyə də, ideallara da xəyanət edərək hakimiyyətlə sövdələşməyə gedərək parlamentdə yer qazanıblar, başqalarına çamur atmaq yerinə bunu cavablandırın, mənə cavab verirlər ki, bəs sən necə olub ki, parlamentdəsən? Bunun cavabını öz lideriniz vaxtilə televiziyada məhz belə bir suala cavab verərkən demişdi: "Nə edim ki, sizləri deyil, məni seçiblər". Bu cavabı xatırlasanız, bir daha belə suallarla kimsəyə müraciət etməzsiniz. Hətta kollaj da çəkirlər ki, Fazil Mustafa bizim millətə xidmət etmir, bir nəfərə xidmət edir. Həqiqətən də dəqiq ifadə ediblər. Allah sizlərə də qismət etsin ki, mənim kimi BİRə, yəni Yaradana xidmət edəsiniz və bu məmləkətə bəlkə o zaman faydalı insana çevriləsiniz. Bizlər Allahın təqdirini qazanmaq üçün millətə və insanlığa xidmət edənlərik. Siz yalançı vətənşüvənləri də islah edərək bu yola gətirmək niyyətindəyik”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?