Modern.az

Marketdəki zəhərlənmənin səbəbi MƏLUM OLDU

Marketdəki zəhərlənmənin səbəbi MƏLUM OLDU

Aktual

4 İyul 2022, 10:53

Bakıda "Bolmart" supermarketində baş vermiş kütləvi zəhərlənmənin səbəbi məlum olub.

Bu barədə Modern.az-a açıqlama verilən Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, zəhərlənmə diaqnozu ilə Mərkəzin Toksikologiya şöbəsinə 15 nəfər gətirilib.

İlkin məlumata görə, həmin şəxslər dəm qazı sızmasından zəhərlənib.

"Cüzi dəm qazı sızması nəticəsində boğulma olub. 15 nəfərə xəstəxanada ilkin yardım göstərilib, hər birinin səhhəti yaxşıdır və artıq evə buraxılıblar", - E.Hidayətoğlu qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi