Modern.az

Ermənistanda müqaviləli hərbi xidmətə keçid sistemi təsdiqləndi

Ermənistanda müqaviləli hərbi xidmətə keçid sistemi təsdiqləndi

Aktual

27 Oktyabr 2022, 12:16

Ermənistan hökuməti “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna icbari hərbi xidmətdən müqaviləli xidmətə keçidin yeni sistemini nəzərdə tutan dəyişiklik edib.


Modern.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın sözlərinə görə, 6 aylıq məcburi hərbi xidmət müddəti başa çatdıqdan sonra hərbçi 5 il müddətinə müqaviləli hərbi xidmətə keçə bilər. Bu zaman komandanlığın müsbət rəyi də əsas götürüləcək.

Müqavilənin müddəti başa çatdıqdan sonra və ya sağlamlıq səbəbi ilə xidmət dayandırıldıqda hərbçi 5 milyon dram (təxminən 12 000 ABŞ dolları) məbləğində fəxri ödəniş alacaq.
 

Müqaviləli hərbi qulluqçular attestasiyadan keçəcəklər.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama