Modern.az

Türk ölkələrinin liderləri Səmərqənddə toplaşır

Türk ölkələrinin liderləri Səmərqənddə toplaşır

10 Noyabr 2022, 09:44

Sabah Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin zirvə görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu gün TDT Xarici İşlər Nazirləri Şurasının sammiti nəzərdə tutulub.

 

Xarici işlər nazirləri dövlət başçılarının imzalayacağı sənədlər üzərində yekun işi aparmaq üçün Səmərqənddə bir araya gələcəklər.

 

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir. 

 

Sabah baş tutacaq sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir. 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU