Modern.az

Braziliya 1/8 finala çıxdı - YENİLƏNİB 

Braziliya 1/8 finala çıxdı - YENİLƏNİB 

Aktual

28 Noyabr 2022, 22:03

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.

 

Modern.az xəbər verir ki, bu gün Braziliya yığması İsveçrəyə 1:0 hesabla qalib gəlib.

 

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Braziliya yığması qrup lideri kimi pley-offa adlayıb. 3 xalı olan İsveçrə seçməsi 2-ci pillədə qərarlaşıb. Kamerun və Serbiya kollektivləri isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşdürür.

 

Qeyd edək ki, daha əvvəl Fransa millisi vaxtından əvvəl qrupdan çıxmağı təmin edib.

 

***

20:06

Futbol üzrə dünya çempionatında Braziliya və İsveçrə milli komandaları arasında G qrupunun II tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

 

Komandalar meydana aşağıdakı heyətlərlə çıxıblar:

 

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Kazemiro, Aleks Sandro, Fred, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

 

İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Fabian Rider, Cibril So, Bril Embolo, Ruben Varqas

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI