Modern.az

"Qırmızı Xaç"ın maşınları Xankəndiyə qayıtdı - YENİLƏNİB

Aktual

7 Yanvar 2023, 15:20

Bu gün səhər saatlarında Laçın yolu ilə aksiya ərazisindən sərbəst keçməklə Xankəndidən Ermənistan istiqamətində hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus dörd avtomobil geri qayıdıb.

Modern.az xəbər verir ki, onları sülhməramlılara məxsus bir yük avtomobili də müşayiət edib.

Xatırladaq ki, azərbaycanlı ekofəalların Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil olunan etiraz aksiyası 27 gündür davam edir.

***
Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri bu gün səhər saatlarında Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçib.

Modern.az xəbər verir ki, sülhməramlılara məxsus daha iki yük və bir minik avtomobilinin Xankəndidən Laçın istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.

Xatırladaq ki, azərbaycanlı ekofəalların Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil olunan etiraz aksiyası 27 gündür davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi