Modern.az

Cəzasızlıq yeni cinayətlər törədir - Ukrayna səfiri Xocalıdan YAZDI

Cəzasızlıq yeni cinayətlər törədir - Ukrayna səfiri Xocalıdan YAZDI

Aktual

26 Fevral 2023, 09:10

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, o, feysbuk səhifəsində bu barədə yazıb.

 

"Bu gündə qəlbimizi təsvirolunmaz ağrı və kədər doldurur. Xocalı faciəsi bəşəriyyət tarixinə ən faciəli səhifələrdən biri kimi həkk olunub. Kimsə 21-ci əsrdə Avropanın mərkəzində hadisələrin təkrarlana biləcəyini təsəvvür edə bilərdimi? rf-nin (Rusiya nəzərdə tutulur - red.) bu gün Ukraynaya qarşı etdikləri bir daha sübut edir ki, cəzasızlıq yeni cinayətlər törədir!", - deyə səfir qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi