Modern.az

Paşinyan Ter-Petrosyanı da hədələdi

Paşinyan Ter-Petrosyanı da hədələdi

Aktual

26 İyun 2025, 10:43

"Mən bayaq xəbər tutdum ki, dövləti məhv edən vəba Levon Ter-Petrosyan kilsəni məhv edən vəba Ktriç Nersisyanla (II Qaregin-red.) dünən görüşüb. İndi araşdıracağam görüm, onlar nə boş-boş danışıbar".

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da yazıb.

Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan iyunun 25-də bütün ermənilərin katolikosu II Qaregini qəbul edib.

Ermənistan KİV-nin məlumatına görə, bir saata yaxın davam edən görüşdə ölkədəki mövcud vəziyyət, baş nazir Nikol Paşinyanın iş adamı Samvel Karapetyanı həbs etdirməsi məsələsi müzakirə olunub.

Levon Ter-Petrosyan Paşinyanı məğlubiyyətin təcəssümü adlandırıb. Eks-prezident deyib ki, baş nazir Qarabağ müharibəsində biabırçı şəkildə uduzdu, erməni kilsəsinə qarşı elan etdiyi müharibədə də mütləq uduzacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza