Modern.az

Yasamalda narkotik əməliyyatı - Saxlanılanlar var

Yasamalda narkotik əməliyyatı - Saxlanılanlar var

Aktual

4 Avqust 2025, 09:20

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Modern.az-a bildirib ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.

"Əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər", -o əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir