Modern.az

“Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər açıqlandı

“Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər açıqlandı

6 Avqust 2025, 13:28

UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldğı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Modern.az xəbər verir ki, qrupun matçlarında 4 hakim olacaq.

Orest Dutsyak (Ukrayna), Qonsalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro), Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaq.

Hakim-inspektor funksiyasını Talal Daravşi yerinə yetirəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alıb. Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın “Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq.

Bu qrupun oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi