Modern.az

Eldar Namazovun səhhətində nə baş verib: “Hazırda bərpa olunuram”

Eldar Namazovun səhhətində nə baş verib: “Hazırda bərpa olunuram”

Aktual

8 Avqust 2025, 14:40

Prezident katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazovun səhhətində ciddi problem yaranıb.

Modern.az xəbər verir ki, bu barədə politoloqu Bakıda ziyarət edən dostu, tanınmış jurnalist İbrahim Nəbioğlu bildirib.

“Eldar Namazovun səhhətindəki ən təhlükəli məqam həll olundu və geridə qaldı. Kiçik bir reabilitasiya və istirahətdən sonra əziz dostumu hər zamankı kimi yenidən aktiv fəaliyyətdə görəcəyik”, - İ.Nəbioğlu qeyd edib.

Eldar Namazovun özü də səhhitindəki problemi adladığını söyləyib:
“Həkimlərin tövsiyəsinə əsasən, bir az sağlamlığıma vaxt ayırmalı oldum. Ən çətin mərhələni keçdim. Hal-hazırda bərpa olunuram”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir