Modern.az

Motosiklet və skuter oğurları tutuldu

Motosiklet və skuter oğurları tutuldu

Aktual

8 Avqust 2025, 15:04

Bakıda motosiklet və skuter oğurlayan 6 şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı isə vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan 4 şəxs tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir