Modern.az

“Azercell” müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir

“Azercell” müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir

Aktual

12 Avqust 2025, 13:47

“Azercell” yeni nəsil rəqəmsal imza texnologiyası olan “SİMA İmza”-nı tətbiq etməklə müştəri xidmətlərini daha da sadələşdirir. Bu çərçivədə Müştəri Xidmətləri mərkəzlərində və satış məntəqələrində yeni nömrələrin aktivləşdirilməsi zamanı müqavilələr artıq kağız daşıyıcıda deyil, elektron formatda tərtib ediləcək. Müştərilər isə sənədləri “SİMA İmza” tətbiqi vasitəsilə asan və etibarlı şəkildə imzalaya biləcəklər.

Bu innovativ yanaşma xidmət zamanını qısaltmaqla yanaşı, müştəri təcrübəsinin təkmilləşdirilməsinə, eləcə də kağız sərfiyyatının azaldılması ilə ətraf mühitin mühafizəsinə töhfə verəcək.

Qeyd edək ki, hazırda abunəçilərə həm kağız, həm də rəqəmsal imza alternativləri təqdim olunur. Lakin yaxın zamanda imzalama prosesinin tam rəqəmsal formata keçirilməsi planlaşdırılır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza