Modern.az

“Yeni Azərbaycan” qəzetinin 25 yaşı oldu  

“Yeni Azərbaycan” qəzetinin 25 yaşı oldu   

10 Aprel 2018, 11:05

Bu gün Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin fəaliyyətə başlamasından 25 il ötür.

Modern.az-ın məlumatına görə, qəzet 1993-cü il aprelin 10-da - müstəqil mətbuatımızın yeni formalaşdığı vaxtda işıq üzü görüb və media həyatına ideoloji qəzet kimi başlayıb. Ötən illər ərzində ölkənin məşhur ictimai-siyasi qəzetlərindən birinə çevrilib. “Yeni Azərbaycan”  ümumi-kütləvi auditoriyaya müraciət edən çoxtirajlı qəzetlərdən, milli media nümunələrindən biridir.

İlk vaxtlarda qəzetin baş redaktoru Xeyrəddin Qoca olsa da, sonradan bu işi sabiq deputat Alqış Musayev aparıb.
2008-ci ildən isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğludur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat