Modern.az

Balakəndə 12 yaşlı qıza təcavüz edən ögey ataya iş kəsildi  

Balakəndə 12 yaşlı qıza təcavüz edən ögey ataya iş kəsildi   

31 May 2018, 13:11

Balakəndə qeyri-rəsmi nikahda yaşadığı qadının 12 yaşlı qızını zorlayaraq, onu hamilə qoyan Şindiyev Elçin Qədir oğluna 13 il 6 ay iş verilib.


Bu barədə Modern.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat bildirib. O, həmçinin 12 yaşlı qızla bağlı son vəziyyətdən də söz açıb:


“Bilirsiniz, Balakəndə atalığı tərəfindən zorlanma nəticəsində hamilə qalan 12 yaşlı qızın dünyaya gətirdiyi körpə ölmüşdü. Bu müddət ərzində o və ailənin digər üzvləri  Azərbaycan Uşaq Birliyinin himayəsində idi. Uşaq bizdə realibitasiyadan keçdi, bir neçə ay yanımızda oldu. O cümlədən ailəyə bütün hüquqi-psixoloji dəstək göstərildi. Onlar hazırda öz evlərində - Balakəndədirlər”.


Qeyd edək ki, hadisə ötən il  Balakən rayonunda baş vermişdi. 12 yaşlı qız ögey atasından hamilə qalmışdı.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?