Modern.az

Ərdoğan: “Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykot edəcək”

Ərdoğan: “Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykot edəcək”

Aktual

14 Avqust 2018, 13:48

Türkiyə  Amerika  istehsalı olan elektron məhsulları  boykot edəcək.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada çıxışı zamanı deyib:

"Daha çox istehsal , daha çox ixrac edəcəyik. Onlarda iPhone varsa, digər tərəfdə "Samsung" , “Vestel”, “Venus”  da mövcuddur. Biz özümüzə bəsik”.

Ərdoğan  qeyd edib ki, Amerika iqtisadi cəhətdən yalnız Türkiyəyə deyil, Çin, Rusiya, İran və Avropaya da hücum edir:

“Hətta bu hücumlar Kanadaya da yönəlib. Ancaq bizə qarşı bir əməliyyat başlayıb. Biz Amerika elektronikasını boykot edəcəyik”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?