Modern.az

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah

Aktual

8 Aprel 2020, 18:51

Azərbaycanda hansısa bölgədə yoluxma hallarının çoxalması ilə bağlı yayılan məlumatlar əsassızdır.

 

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 

 

Onun sözlərinə görə, Bakıda əhalinin sayı çox olduğundan xəstələrin sayı da nisbətən çoxdur:

"Amma Azərbaycanın digər regionlarında elə bir fərqli yoluxma halı yoxdur. Bütün regionlarda yayılma halları eynidir. Sərhəd-keçid məntəqələri harda varsa, orda karantin rejimi var. Harda gediş-gəliş çoxdursa, orda da vətəndaşlar karantinə alınır. Azərbaycanda xüsusi qırmızı zona yoxdur. Bəzi Azərbaycana düşmən olan ölkələr hansısa bölgədə daha çox yoluxma hallarının olduğu barədə şaiyələr yayırlar".

 

Sizə yeni x var
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA