Modern.az

Ermənistan koronavirusa təslim oldu: 1 gündə 15 ölüm

Ermənistan koronavirusa təslim oldu: 1 gündə 15 ölüm

28 May 2020, 11:41

Ermənistanda koronavirusa yoluxanların sayı 8 216 nəfərə çatıb.

 

Modern.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 442 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 15 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 113 nəfər koronavirusdan ölüb, 4 816 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA