Modern.az

Saxta pensiya verənlər hazırda Fondda işləmir

Saxta pensiya verənlər hazırda Fondda işləmir

26 Dekabr 2022, 12:16

“Hesablama Palatası 51 əmək pensiyaçısına saxta pensiya təyinatının olması ilə bağlı məlumat açıqlamışdı. Bu təyinatlar 2013-cü ildə həyata keçirilib”.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

 

"Həmin təyinatı aparan şəxslər hazırda  fondda fəaliyət göstərmirlər. Bu məsələ prokurorluq orqanlarında araşdırılır", - sədr vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu