Modern.az

DSX həqiqi hərbi xidmətə qəbul elan etdi - VİDEO

DSX həqiqi hərbi xidmətə qəbul elan etdi - VİDEO

25 Yanvar 2023, 10:40

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

 

Modern.az xəbər verir ki, burada həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar DSX-yə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

 

Qeyd edilib ki, namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

 

• Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

• 30 yaşı keçməməli;

• Fiziki cəhətdən sağlam olmalıdırlar.

 

Müraciət etmək istəyən kişi namizədlərin DSX-nin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat