Modern.az

Elektron siqaretlərin aksiz dərəcələri artırıldı

Elektron siqaretlərin aksiz dərəcələri artırıldı

24 İyul 2024, 13:26

Ölkəyə gətirilən alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların aksiz dərəcəsi 1000 ədəd üçün 14 manatdan 16 manata qaldırılıb.

Modern.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Aksiz dərəcəsi birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilər üçün 1 ədəd üçün 0,25 manatdan 2 manata qaldırılıb.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə