Modern.az

Ermənistanın sərhəd ştampı dəyişir: Ağrı dağının şəkli LƏĞV OLUNUR

Ermənistanın sərhəd ştampı dəyişir: Ağrı dağının şəkli LƏĞV OLUNUR

Aktual

14 Sentyabr 2025, 12:47

Ağrı dağının (ermənicə Ararat) təsviri Ermənistan Respublikasına giriş və çıxış üçün vurulan sərhəd nişanından (ştamp) götürüləcək.

Modern.az xəbər verir ki, bu barədə “Aprelu Yerkir” partiyasının həmtəsisçisi Mesrop Arakelyan Facebook səhifəsində qeyd edib.

Onun sözlərinə görə, hökumətin qərarı ilə noyabrın 1-dən etibarən Ermənistanın sərhəd ştampında Ağrı dağı təsvir olunmayacaq.

Arakelyan ironiya ilə yazıb: "Onlar "Ermənistan" sözünü də çıxara bilərdilər? Etmədilər".

Bu barədə qərarın sentyabrın 11-də verildiyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə