Modern.az

Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk

Nikaraqua ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk

Aktual

15 Sentyabr 2025, 11:08

Biz Azərbaycan-Nikaraqua əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.

Modern.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Nikaraqua Respublikasının Həmprezidentləri cənab Daniel Orteqa Saavedraya və xanım Rosario Murilyoya bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb.

Öz adından və Azərbaycan xalqı adından təbriklərini çatdıran dövlətimizin başçısı, həmçinin qeyd edib: “İnanıram ki, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi, həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi