Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olunub.
Modern.az xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
Daha sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn olunub.
***
10:30
Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
Modern.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.