Modern.az

Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT

Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT

Aktual

17 Noyabr 2025, 19:51

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında yeni kadr təyinatı olub.

 

Modern.az xəbər verir ki, klinikanın müalicə işləri üzrə direktor müavini vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Tamara Sayad qızı Quliyeva təyin edilib.

 

O, bu təyinata qədər Onkologiya Klinikasının Poliklinika və diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva tuturdu. O, qayınatası dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunduqdan sonra vəzifəsindən azad olunub. (Mənbə: manşet.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!