Modern.az

Ceyhun Bayramovla TRIPP-i iki saat müzakirə etdik - Hakan Fidan

Ceyhun Bayramovla TRIPP-i iki saat müzakirə etdik - Hakan Fidan

Aktual

15 Yanvar 2026, 15:48

Zəngəzur dəhlizi həm Orta Dəhliz baxımından, həm Azərbaycanın əsas hissəsi ilə ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin qurulması üçün vacibdir.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında bildirib.

O, Türkiyənin Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını istədiyini bildirib.

Xarici işlər naziri Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq niyyətində olduğunu vurğulayıb:

"Həm Azərbaycan, həm Türkiyə, həm də Ermənistan bunun üçün lazımi iradəyə malikdir".

Hakan Fidan qeyd edib ki, o və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Trampın Beynəlxalq Sülh və Rifah üçün Yol Xəritəsinin (TRIPP) həyata keçirilməsi üçün çərçivə sənədini müzakirə ediblər.

Nazir əlavə edib ki, Türkiyə prezidentinə də çərçivə sənədi barədə məlumat verilib:

"Ermənistan xarici işlər nazirinin Vaşinqtona səfəri zamanı TRIPP çərçivə sənədi dərc edilib. Hörmətli həmkarım Ceyhun Bayramovla bu məsələ ilə bağlı iki saatlıq müzakirə apardıq. Azərbaycan tərəfinin perspektivləri bizim üçün vacibdir. Prezident Ərdoğana da bu barədə məlumat verilib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır