Yanvarın 20-si gündüz saatlarından etibarən paytaxtda şaxtalı hava şəraiti və qar yağması ilə əlaqədar Bakı Şəhər və rayonlarının İcra hakimiyyətləri, kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar.
Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
“Dünəndən etibarən yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir. Bununla əlaqədar gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib, həmçinin buzlaşma müşahidə edilən səkilər və ümumi istifadədə olan həyətlərdə qardan təmizləmə işləri aparılır”, - məlumatda deyilir.