Modern.az

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Aktual

Bu gün, 19:21

Sabah saat 10:00-dan etibarən Şəmkir rayonunun Kür qəsəbəsi, Səməd Vurğun, Yeniabad və Qapanlı kəndlərinin qaz təminatı dayandırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Şəmkir RQİİ-nin Kür qazpaylayıcı stansiyasından qidalanan Kür qəsəbə qaz kəmərində "Təmiz Qaz" QSC tərəfindən aşkar edilmiş qaz sızmasının və itkisinin aradan qaldırılması ilə əlaqədardır.

Təmir işləri zamanı ümumilikdə 3 369 abonentin qaz təchizatı dayandırılacaq. Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!