Türkiyənin neft tankerinə dron hücumu olub.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, "Altura" adlı tanker Bosfor boğazından 26 kilometr aralıda pilotsuz sualtı aparat və dron hücumuna məruz qalıb.
Gəmidən təcili yardım siqnalı verilib və Sahil Mühafizəsi qrupları səfərbər edilib.
Rusiyanın Novorossiysk limanından 140.000 ton xam neft daşıyan və 27 türkiyəli heyət üzvü olan gəmi hücumdan sonra təcili yardım siqnalı verib. Hadisə yerinə ən yaxın gəmi və xilasedicilər çağırışa cavab verib və yardım üçün səfərbər olub.
Hadisənin Ukrayna tərəfindən təşkil olunduğu iddia olunur.