Modern.az

Kiyevdə amerikalı diplomatı qarət etdilər

Kiyevdə amerikalı diplomatı qarət etdilər

Dünya

9 İyun 2023, 10:26

İyunun 7-də axşam saatlarında ABŞ-ın Ukraynadakı səfirliyinin attaşesi qarət edilib 

 

Modern.az xəbər verir ki, bu barədə "Vesti.ua" portalı polisdəki mənbələrə istinadən məlumat yayıb.

 

O, Kiyevin mərkəzindəki Taras Şevçenko parkında qarət edildiyini bildirib.

 

Portalın məlumatına görə, attaşe ondan "iPhone 12" model telefon və bank kartları olan pul kisəsi oğurlandığını deyib. Diplomat qarət zamanı sərxoş olub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi