İstanbulda məhkumları daşıyan avtobus aşıb.
Modern.az xəbər verir ki, hadisə nəticəsində 19 nəfər xəsarət alıb.
Məlumata görə, avtobusda altı jandarm, bir sürücü və 12 məhkum olub.
Yaralanan xidməti əməkdaşlardan ikisinin vəziyyəti ağırdır. (Mənbə: Milliyet)