Antalyadan Qaziantepə uçuşa hazırlaşan “SunExpress” aviaşirkətinə məxsus “Boeing 737” tipli təyyarə hava limanında hərəkət edərkən şassi nasazlığı ilə üzləşib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən dərhal sonra sərnişinlər və ekipaj üzvləri təhlükəsiz şəkildə təxliyə olunublar. Xoşbəxtlikdən insident nəticəsində xəsarət alan olmayıb.
Məlumata əsasən, sərnişinlər sonradan alternativ təyyarə ilə Qaziantepə yola salınıblar. Nasazlıq aşkarlanan hava gəmisi isə ətraflı texniki baxışdan keçirilir və təmir prosesi başa çatdıqdan sonra yenidən istismara buraxılacaq.