Modern.az

Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya

Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya

Dünya

13 Fevral 2026, 18:14

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “kölgə donanması”na aid olduğu iddia edilən dəniz gəmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb.

Modern.az xəbər verir ki, sənəd dövlət başçısının rəsmi internet səhifəsində yayımlanıb.

Sanksiya siyahısına Liberiya, Palau, İndoneziya, Syerra-Leone, Panama, Komor Adaları İttifaqı və digər ölkələrin bayrağı altında üzən ümumilikdə 91 gəmi daxil edilib. Qeyd olunub ki, həmin gəmilərdən yalnız biri rəsmi şəkildə Rusiya Federasiyasına məxsusdur.

Zelenski indiyədək Rusiyanın fiziki və hüquqi şəxslərinə, eləcə də Ukraynanın Moskva ilə əməkdaşlıqda ittiham etdiyi digər ölkələrin vətəndaşlarına və şirkətlərinə qarşı mütəmadi olaraq sanksiyalar tətbiq edib.

Müvafiq siyahılar aidiyyəti nazirlik və qurumlar tərəfindən hazırlanır, təkliflər təqdim olunur və yekun qərarlar Ukrayna Təhlükəsizlik Şurası tərəfindən qəbul edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus agentləri vurulur - Siyahıda kimlər var?