Modern.az

Zelenski İran Şahının oğlu ilə görüşdü

Zelenski İran Şahının oğlu ilə görüşdü

Dünya

13 Fevral 2026, 22:19

Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İran Şahının oğlu Rza Pəhləvi ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Zelenski görüşü öz teleqram kanalında məlumat yayıb.

“Ukrayna İran xalqının gələcəyi uğrunda mübarizəsini dəstəkləyir və İran rejiminin bütün qurbanlarına başsağlığı verir”, - Zelenski bildirib.

O, "İrana qarşı sanksiyaların gücləndirilməsini vacib hesab etdiyini" vurğuladı.

Ukrayna dövlət başçısı bildirib ki, "İran şahzadəsinə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edirəm. İnsan həyatını qorumaq üçün hər cür səy göstərmək vacibdir. Ukrayna öz köməyini göstərməyə hazırdır".

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA