Modern.az

Gürcüstan martdan etibarən əcnəbilərin işinə SƏRT MƏHDUDİYYƏT QOYUR 

Gürcüstan martdan etibarən əcnəbilərin işinə SƏRT MƏHDUDİYYƏT QOYUR 

Dünya

14 Fevral 2026, 02:23

Gürcüstanda martın 1-dən etibarən əcnəbilərin işə qəbulu ilə bağlı qaydalar sərtləşdiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze açıqlama verib.

Onun sözlərinə görə, hökumət yeni qanunun icrasına görə tam məsuliyyət daşıyır. Bildirilib ki, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ötən il əvvəlki 10 ilin ümumi göstəricisindən daha çox qanunsuz miqrantı deportasiya edib.

Hazırda sayı 20 mini keçən qanunsuz miqrantların mərhələli şəkildə ölkədən çıxarılması planlaşdırılır. (Apsny.ge)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus agentləri vurulur - Siyahıda kimlər var?