Təqaüddə olan ABŞ ordusunun polkovniki Kevin Luk 2 il həbs cəzasına məhkum edilib.
Modern.az xəbər verir ki, o, görüşdüyü bir qadını təsirləndirmək üçün məxfi məlumatları paylaşmaqda ittiham olunub.
Kevin Luk 1981-ci ildən 2018-ci ilə qədər ABŞ ordusunda xidmət edib, o cümlədən İraqda olub. O, həmin vaxt partlayışda yaralanıb və müalicəsən sonra 2017-ci ildə Kentukki ştatının Fort Noks şəhərində diviziya komandiri vəzifəsində çalışıb. Təqaüdə çıxdıqdan sonra Florida ştatının Tampa şəhərindəki MakDill Hərbi Hava Qüvvələri Bazasında ABŞ Ordusunun Mərkəzi Komandanlığında mülki podratçı kimi çalışıb.
2024-cü ilin oktyabr ayında o, mobil telefonundan istifadə edərək kompüter ekranında SECRET//REL TO USA, FVEY elektron poçtunun şəklini çəkib, sonra onu görüşdüyü qadına göndərib. Həmin elektron məktubda isə məxfi məlumat - planlaşdırılan ABŞ hərbi əməliyyatının məqsədləri, eləcə də əməliyyatın tarixi, icra vasitələri və məqsədi qeyd olunub.
Ədliyyə Nazirliyi fotonun hansı əməliyyatla bağlı olduğunu dəqiqləşdirməsə də, Luk fotonu Yəməndəki husilərə qarşı "Poseidon Archer" əməliyyatının bir hissəsi olaraq hava hücumundan bir neçə gün əvvəl göndərib.
Qısa müddət sonra Luk və qadın ayrılıb və qadın fotolar barədə səlahiyyətli şəxslərə bildirib. 2024-cü ilin sonlarında FTB və Hərbi Hava Qüvvələri onun evində axtarış orderi icra edib və bir neçə məxfi sənəd, eləcə də "Gizli" yazılı dəftər tapıblar.
Luk 2025-ci ilin oktyabrında günahını etiraf edib və ötın gün məhkum edilib. 2 illik həbsdən azad edildikdən sonra o, həmçinin 12 aylıq şərti cəza çəkəcək.