Modern.az

Tramp Venesuelaya səfər planlaşdırır

Tramp Venesuelaya səfər planlaşdırır

Dünya

14 Fevral 2026, 14:11

ABŞ prezidenti Donald Tramp Venesuelaya səfər etməyi planlaşdırdığını açıqlayıb.

Modern.az xəbər verir ki, "Mən Venesuelaya səfər edəcəyəm", - deyə Tramp Ağ Evdə çıxışı zamanı bildirib.

O, əlavə edib ki, ABŞ-ın Venesuela prezidenti ilə çox yaxşı münasibətləri var. ABŞ prezidenti planlaşdırılan səfərin tarixləri və ya proqramı barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, bundan əvvəl Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez ABŞ-a səfər etmək üçün dəvət aldığını və onu qəbul etməyi düşündüyünü açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?