Modern.az

Bu ölkələr öz sakinlərinə vətəndaşlıq vermir - TOP-10

Bu ölkələr öz sakinlərinə vətəndaşlıq vermir - TOP-10

Dünya

14 Fevral 2026, 15:00

Dünyada milyonlarla insan hələ də heç bir dövlətin vətəndaşı hesab olunmur.

Modern.az xəbər verir ki, 2026-cı ilin məlumatına əsasən, dünyada təxminən 14 milyon nəfər vətəndaşlığı olmayan şəxs kimi yaşayır.

Məlumata görə, onların böyük əksəriyyəti miqrantlar və qaçqınlardır. Lakin təxminən 25 faizi öz doğma ölkəsində yaşasa da, müxtəlif səbəblərdən dövlət tərəfindən vətəndaş kimi tanınmır.

2026-cü ilin yanvar ayına olan statistikaya əsasən, vətəndaşlığı olmayan şəxslərin sayına görə ilk 10 ölkə aşağıdakılardır:

  • Banqladeş — 900 mindən çox

  • Kot-d’İvuar — 692 min nəfər

  • Tayland — 479 min nəfər

  • Latviya — 225 min nəfər

  • Suriya — təxminən 160 min nəfər (müharibə səbəbindən dəqiq statistika aparmaq çətindir)

  • Dominikan Respublikası — 134 min nəfər

  • Küveyt — 92 min nəfər

  • Estoniya — 78 min nəfər

  • İraq — 47 min nəfər

  • Kolumbiya — 25 minədək

Ekspertlərin fikrincə, vətəndaşlığın olmaması şəxslərin təhsil, səhiyyə, məşğulluq və sosial təminat hüquqlarına çıxışını ciddi şəkildə məhdudlaşdırır və bu problem qlobal miqyasda insan hüquqları məsələsi kimi aktuallığını qoruyur.

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?