Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı cinayət işi açılıb, onun ölkədən çıxışı qadağan edilib.
Modern.az xəbər verir ki, bu barədə onun vəkili Ara Zöhrabyan məlumat verib.
O qeyd edib ki, bu, Arman Saroyanın vəzifəsindən azad edilməsi ilə bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə bağlıdır. Əvvəllər bu iş üzrə 6 yüksək vəzifəli kilsə xadiminə qarşı ittiham irəli sürülüb və onların ölkədən çıxışı da qadağan edilib.
Vəkil bildirib ki, bu, hakimiyyətin Avstriyada keçiriləcək Yepiskoplar Şurasını pozmaq cəhdləri ilə birbaşa bağlıdır. Zöhrabyan katolikosa qarşı ittihamları hakimiyyətin tarixi və utancverici hərəkəti, eləcə də Kilsənin daxili işlərinə birbaşa müdaxilə adlandırıb.