Modern.az

Tramp İranda rejimi dəyişdirmək istəyir

Tramp İranda rejimi dəyişdirmək istəyir

Dünya

14 Fevral 2026, 22:33

ABŞ Prezidenti Donald Tramp İranda rejim dəyişikliyinin “baş verə biləcək ən yaxşı hadisə” ola biləcəyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, Şimali Karolinadakı Fort Braq hərbi bazasında çıxışı zamanı İran rəhbərliyini uzun illər nəticəsiz danışıqlar aparmaqda ittiham edib və Vaşinqtonun bölgədə “böyük gücə” malik olacağını vurğulayıb.

Trampın açıqlamaları Pentaqonun Yaxın Şərqə ikinci aviadaşıyıcı göndərməsi fonunda səslənib. ABŞ-ın ən yeni və ən böyük aviadaşıyıcısı olan “USS Gerald R. Ford” artıq bölgəyə yola salınıb və “Abraham Lincoln” aviadaşıyıcısına qoşulacaq. ABŞ rəsmilərinin sözlərinə görə, gəminin Yaxın Şərqə çatması ən azı bir həftə çəkəcək.

Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı danışıqların bərpası istiqamətində səylər davam etsə də, Tramp razılaşma əldə olunmayacağı təqdirdə İrana zərbə endirilə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, ikinci aviadaşıyıcının bölgəyə göndərilməsi “əgər razılaşma olmasa, hazır olmaq” məqsədi daşıyır.

Məlumata görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Cenevrədə İranla danışıqlar aparacaqlar. Vaşinqton nüvə mövzusunun ballistik raket proqramı və İranın regiondakı fəaliyyətləri ilə birlikdə müzakirə olunmasını istəyir. Tehran isə sanksiyaların ləğvi müqabilində yalnız nüvə proqramına məhdudiyyətləri müzakirə etməyə hazır olduğunu bildirib.

ABŞ ötən il İrandakı nüvə obyektlərinə zərbələr endirmişdi. Bölgəyə əlavə hərbi qüvvələrin cəlb edilməsi isə mümkün genişmiqyaslı qarşıdurma ilə bağlı narahatlıqları artırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?