İran prezidenti Məsud Pezeşkian “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin icrasına mane olan problemlərin mart ayının sonuna qədər aradan qaldırılacağını bildirib.
Modern.az-ın məlumatına görə, layihə çərçivəsində Tehran və Moskva İran körfəzi limanlarına birbaşa tranzit imkanı yaradacaq strateji əhəmiyyətli Rəşt-Astara dəmir yolu xəttini birgə inşa edir.
Pezeşkian vurğulayıb ki, İran və Rusiya arasında münasibətlər möhkəm təməl üzərində qurulub və tərəflər arasında imzalanmış çoxsaylı sazişlər uğurla həyata keçirilir. Onun sözlərinə görə, nəzərdə tutulan dəmir yolu xəttinin tikintisinin başa çatdırılması üçün mövcud maneələr İran təqvimi ilə ilin sonunadək (2026-cı il martın 20-dək) tam şəkildə aradan qaldırılacaq. (Tasnim News Agency)