Modern.az

Nigeriyanın şimal-qərbində 30 nəfər öldürülüb

Nigeriyanın şimal-qərbində 30 nəfər öldürülüb

Dünya

15 Fevral 2026, 01:31

Nigeriyanın şimal-qərbində silahlı hücumlar nəticəsində azı 30 nəfər həlak olub.

Modern.az xəbər verir ki, motosikletlərlə hərəkət edən silahlı şəxslər Niger ştatının ərazisində yerləşən üç kəndə ardıcıl basqınlar ediblər.

Şahidlərin sözlərinə görə, hücum zamanı ən azı 30 nəfər öldürülüb, yaşayış evləri və mağazalar yandırılıb.

Məlumata əsasən, Benin sərhədinə yaxın Borqu yerli rayonunda baş verən hücumları yerli quldur dəstələri törədib. Həmin silahlı qruplar pul əldə etmək məqsədilə insanları qaçırır, eyni zamanda Nigeriyanın şimal bölgələrində yaşayan sakinləri evlərini tərk etməyə məcbur edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?