Modern.az

İsrail HƏMAS-a 60 gün vaxt verəcək

İsrail HƏMAS-a 60 gün vaxt verəcək

Dünya

16 Fevral 2026, 21:13

İsrail HƏMAS hərəkatına tərk-silah olunması üçün 60 günlük müddət verəcək. Əks halda, İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edə bilər.

Modern.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin katibi Yossi Fuks Qüdsdə keçirilən konfransda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, 60 günlük müddətin verilməsi xahişi Amerika Birləşmiş Ştatları administrasiyası tərəfindən irəli sürülüb və İsrail tərəfi bu müraciətə hörmətlə yanaşır.

Fuks qeyd edib ki, müddətin hesablanmasına başlanacaq dəqiq tarix hələ müəyyən edilməyib. Ehtimal olunur ki, bu vaxt Qəzza üzrə Sülh Şurasının ilk iclasının keçirildiyi gündən etibarən hesablanacaq.

O əlavə edib ki, müddətin sonunda vəziyyət yenidən qiymətləndiriləcək və tərk-silah baş verməzsə, İsrail ordusu Qəzzada əməliyyatları davam etdirmək məcburiyyətində qalacaq.(The Times of Israel)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar