Robert Dyuval 95 yaşında dünyasını dəyişib.
Modern.az xəbər verir, Dyuval karyerası ərzində Oskar, BAFTA, dörd Qızıl Qlobus, iki Emmi və bir Ekran Aktyorları Gildiyası Mükafatı qazanıb.
Karyerasının zirvəsi 1970-ci illərdə olub və media onu “Hollivudun ən yaxşı aktyoru” adlandırırdı. Lakin onu ikonik edən rol Xaç atası filmindəki performansı olub.
Dyuval həmçinin Bülbülü öldürmək, İldırım günləri və Sting kimi filmlərdə də uğurlu rollar ifa edib.