Modern.az

Özbəkistan pedofiliya cinayətinə görə cəzanı sərtləşdirib

Özbəkistan pedofiliya cinayətinə görə cəzanı sərtləşdirib

Dünya

17 Fevral 2026, 03:52

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2026-cı il üçün dövlət proqramını təsdiqləyib.

Modern.az xəbər verir ki, sənədə əsasən, pedofiliya cinayətinə görə ömürlük həbs cəzası tətbiq ediləcək, qadınlara və uşaqlara qarşı zorakılıqla bağlı cəzalar isə sərtləşdirilib.

Dövlət proqramının maliyyələşdirilməsi üçün 250.5 trln sum (təxminən 20.5 milyard dollar) ayrılacaq, əlavə olaraq 50.4 milyard dolların cəlb edilməsi planlaşdırılır.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında deputat Dilnoza Əzizova pedofillər üçün ömürlük həbs cəzasının tətbiqini təklif etmişdi. Bu təşəbbüs Namanqan vilayətində bir kişinin yeddi yaşlı qohumunu zorlamasından sonra geniş müzakirə olunmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar